Azərbaycanlı hakim “Qızıl diplom”a layiq görüldü
13
okt
2019
17:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub.BAKU.WS xəbər verir ki, hakimimizə “qızıl diplom” hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu Dünya Çempionatı (4-13 oktyabr) çərçivəsində təqdim olunub.Qeyd edək ki, bu diplom 16 il (4 Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, Dünya Çempionatı, Yeniyetmələrin Olimpiya Oyunları, Ümumdünya Oyunlarında qüsursuz fəaliyyətə görə verilir.Xatırladaq ki, Rza Əliyev Azərbaycanın Gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.
Oxşar xəbərlər
Hüseyn Xəlilov Rusiyada qızıl medal qazandı - VİDEO
Azərbaycanlı gimnast Rusiyada qızıl medal qazanıb. BAKU.WS xəbər verir ki, Rusiyanın İdman Gimnastikası Federasiyasının təşkilatçılığı ilə II Ümumrusiya çempion...