Azərbaycanlı dördqat dünya çempionu: "Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb"

Nəticə qazanmaq üçün bizə gözəl şərait yaradılıb. Məhz bunun məntiqi sonluğudur ki, təkcə güləş üzrə yox, idmanın bütün növlərini təmsil edən həmvətənlərimiz ölkəyə parlaq nəticələrlə qayıdırlar.
"Report" xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) jurnalistlərə açıqlamasında deyib.
"Bu gün təkcə mənim yox, eləcə də komandanın qələbəsinə görə sevinirəm. Çünki tarixdə ilk dəfə həm komanda hesabında çempion olduq, həm də xal hesabında digər ölkələri qabaqladıq.
Mənim 4-cü dəfə dünya çempionu olmağım da güləş tarixində rekord nəticə sayılır. Əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm", - E.Əzizli bildirib.
32 yaşlı idmançı məşqçi heyətinə xüsusi təşəkkürünü bildirib:
"İşin görünməyən tərəfi bizim məşqçilərdir. Həm klub, həm də yığma komandanın məşqçi heyətinə təşəkkür edirəm".
Qeyd edək ki, E.Əzizli 2018, 2022 və 2023-cü illərdə də mundialın qalibi olub.

Oxşar xəbərlər
Avropa çempionu: Ardıcıl üçüncü dəfə bu adı qazanmaq gözəl hissdir
"Şükürlər olsun, ölkəmə medalla qayıtdım". Bu sözləri Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma g...