Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
14
mar
2025
22:41
Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.
"Report" xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərimiz qitə birinciliyində 1 gümüş və 2 bürünc medal əldə etmişdilər.
Oxşar xəbərlər
"Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü
İngiltərə Premyer Liqasının V turunda məhsuldar qarşılaşma baş tutub. "Mançester Siti" doğma meydanda "Sanderlend"i 5:3 hesabı ilə məğlub edib, "Liverpul" isə s...