Azərbaycanın U-21 millisi Cəbəllüttariqlə qarşılaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti vacib sınağına çıxacaq.
BAKU.WS xəbər verir ki, B qrupunda mübarizə aparan millimiz səfərdə Cəbəllüttariq yığmasının qonağı olacaq. Qarşılaşma "Avropa Point" stadionunda keçiriləcək və oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Matçı rumıniyalı baş hakim Andrey Çivulete idarə edəcək.
U-21 millimiz indiyədək keçirdiyi dörd oyundan iki xal toplayaraq qrup cədvəlinin beşinci pilləsində qərarlaşıb. Komanda növbəti görüşünü isə 2026-cı ilin 27 mart tarixində səfərdə güclü Portuqaliyaya qarşı oynayacaq.
Seçmə mərhələnin bugünkü qarşılaşması millimizin qrupdakı mövqeyini yaxşılaşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...