Azərbaycanın U-17 millisi Malta ilə heç-heçə edib
30
mar
2026
17:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib.
BAKU.WS xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gəlib.
Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Milli daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...