Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub
İdman 57

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 55 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada moldovalı Mihaela Samoillə üz-üzə gəlib.

Məmmədova ilk hissədən sonra hesabda geri olsa da, əzmkarlıq göstərərək yekunda inamlı qələbə qazanıb - 14:7.

Bu gün həmçinin 68 kq-dakı Nigar Mirzəzadə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi macarıstanlı Karolina Pok olacaq.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər