Azərbaycanın qadın güləşçisi Avropa çempionatının gümüş medalını qazanıb
24
may
2024
19:01
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının gümüş medalını qazanıb.
"Report"un məlumatına görə, idmançımız həlledici görüşdə Ukrayna təmsilçisi Liliya Malançuka məğlub olaraq fəxri kürüsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, digər qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) finalda Elvira Kamaloğlu (Türkiyə), Mərziyə Sadıqova isə bürünc medal uğrunda mübarizədə (72 kq) Bukrenaz Sərtlə (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.
Oxşar xəbərlər
U-23 Avropa çempionatı: Azərbaycan güləşçiləri 4 medal qazanıblar - YENİLƏNİB 3
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının bürünc medalını qazanıb. "Report" xəbər verir ki,...