Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında mübarizəyə start verir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iki qadın güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elnurə Məmmədova (50 kq) təsnifatda Aqata Valerzakla (Polşa) üz-üzə gələcək.
Günay Qurbanova (59 kq) isə 1/4 finalda Elena Bruqqerlə (Almaniya) münasibətlərə aydınlıq gətirəcək.
Bundan əlavə, bu gün iki yunan-Roma güləşçisi qızıl, biri bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) eyni raundda Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yeri tutmaq üçün Suner Konunovla (UWW) qarşılaşacaq.
Xatırladaq ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...