Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın daha iki sərbəst güləşçisi Serbiyanın Zrenyan şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) yarışın həlledici mərhələsinə vəsiqə qazanıblar.
Tsokayev yarımfinalda rusiyalı Mustafaqadji Malaçdibirovu, Dursunov isə Belarusdan olan Stsiapan Mandriki üstələyib.
Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq) və Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər. U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...