Azərbaycanın 4 şahmatçısı Dünya Kubokuna vəsiqə qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, sonuncu - XI turun görüşlərindən sonra Azərbaycan təmsilçilərinin yarışdakı yekun mövqeyi bəlli olub.
Yerli qrossmesyterlər arasında qitə birinciliyində ən yaxşı nəticəyə Vasif Durarbəyli imza atıb. O, Avropa çempionatını 8 xalla 8-ci sırada başa vurub.
Hərəyə 7,5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 9, 10 və 11-ci yerləri, Nicat Abbasov isə 25-ci pilləni tutub.
Yarışın qalibi 8,5 xalla almaniyalı Mattias Blübaum olub. İlk "20-lik"də qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycanı Avropa çempionatında həmçinin Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli, Gövhər Beydullayeva, Riad Səmədov, Murad İbrahimli, Şahin Vəliyev və Toğrul Həsənzadə təmsil ediblər.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...