Azərbaycanın 2 güləşçisi dünya çempionatının FİNALINDA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın 2 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.
BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, 55 kq-da Fəraim Mustafayev və 80 kq-da İsmayıl Rzayev qızıl medal uğrunda yarışacaqlar. Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, hindistanlı Surac Surac və türkiyə Alperen Berberlə üz-üzə gələcəklər.
48 kq çəki dərəcəsində yer alan Səid Xəlilov, 65 kq-dakı Əli Əlizadə və 110 kq-da çıxış edən Məzahim Mərdanov isə bürünc medal uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri hələlik dəqiqləşməyib.
Qeyd edək ki, dünya çempionatına iyulun 31-də yekun vurulacaq.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...