Azərbaycanda yeni federasiya yaradıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda yeni jurnalist qurumu yaradılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Federasiyası artıq təsis olunub.
Təsisçi “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyevdir. Onun bu barədə fikirlərini öyrəndik:
Bu qurum Ədliyyə Nazirliyində artıq qeydiyyatdan keçib. Sabah saat 15:00-da idman jurnalistlərini Milli Olimpiya Komitəsində toplayacağıq. Gələcək planlarımızı müzakirə edəcəyik.
Jurnalistləri maraqlandıran suallara cavab verməyə, onları düşündürən məsələləri müzakirə etməyə çalışacağıq. Həmçinin daha sonrakı proseslərdə federasiyanın baş katibi, vitse-prezidentləri və İcraiyyə Komitəsinin üzvlərini seçməyə çalışacağıq. Onu da deyim ki, İcraiyyə Komitəsində Milli Olimpiya Komitəsi, eləcə də, Gənclər və İdman Nazirliyinin nümayəndəsi də olacaq”.
Qabil Mehdiyev onu da bildirib ki, federasiyanın saytı da artıq hazırdır və ictimaiyyətə təqdim olunacaq.
Oxşar xəbərlər
Boks Olimpiya Oyunlarının proqramından çıxarıla bilər
Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin Tokioda keçirilən iclasında bildirilib ki, Beynəlxalq Boks Federasiyasının (AIBA) qarşısına qoyulan tələ...