Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - YENİLƏNİB - AÇIQLAMA

Hacıqabulda 6-cı sinif şagirdinin ölməsi ilə bağlı TƏBİB açıqlama verib.
Qurumdan baş vermiş hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 16.05.2024-cü il tarixində saat 20:31-də 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
"Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasion pnevmoniya təyin edilib.
Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb", - deyə açıqlamada qeyd olunur.
***17:43
Hacıqabulda 6-cı sinif şagirdi xəstəlikdən həyatını itirib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, şəhərin F.Süleymanov adına 3 nömrəli tam orta məktəbinin Vl sinif şagirdi Aylin Səmədli dünyasını dəyişib.
Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi bildirilib.
Oxşar xəbərlər
Bu gün "Ağ Canavar" ləqəbli tanınmış idmançının doğum günüdür
Bu gün "Ağ Canavar" ləqəbli Azərbaycanlı peşəkar kikboksçu, 28 qat dünya çempionu və bir çox titulların sahibi olan Eduard Məmmədovun doğum günüdür. BAKU.WS xəb...
