Azərbaycanda “Formula 1” gələn il bu tarixdə keçiriləcək

Azərbaycanda “Formula 1” gələn il bu tarixdə keçiriləcək
İdman 981
“Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib. BAKU.WS “report”a istinadən xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının avtomobil idmanı üzrə şurasının Almaniyanın Köln şəhərində baş tutan iclasında yekun qərar qəbul olunub. Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək.Bu, paytaxtda reallaşacaq 5-ci “Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək.Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib. İlk test sürüşləri 19 – 21, ikincisi isə 26 – 28 fevralda İspaniyanın Barselona şəhərində keçiriləcək.2020-ci il mövsümünün təqvimi:15 mart - Avstraliya22 mart - Bəhreyn5 aprel - Vyetnam19 aprel - Çin3 may - Hollandiya10 may - İspaniya24 may - Monako7 iyun - AZƏRBAYCAN14 iyun - Kanada28 iyun - Fransa5 iyul - Avstriya19 iyul - Böyük Britaniya2 avqust - Macarıstan30 avqust - Belçika6 sentyabr - İtaliya20 sentyabr - Sinqapur27 sentyabr - Rusiya11 oktyabr - Yaponiya25 oktyabr - ABŞ1 noyabr - Meksika15 noyabr - Braziliya29 noyabr - Abu-Dabi.Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 - 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.

Son xəbərlər