Azərbaycanda baş məşqçi istefa verib
“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.
BAKU.WS "qırmızı-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.
2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.
2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...