Azərbaycan Yüksək Liqasında IV dövrəyə start verilib

Azərbaycan Yüksək Liqasında IV dövrəyə start verilib
İdman 34

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV dövrəyə start verilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, X turun açılış matçı "Azərreyl" və "Murov" komandaları arasında baş tutub. Tay-brekə kimi davam edən matç "dəmiryolçular"ın 3:2 (25:18, 23:25, 25:18, 22:25, 15:10) hesablı qələbəsi ilə başa çatıb.

Voleybol Mərkəzində təşkil olunan turun son qarşılaşmasında isə "Abşeron" UNEC-ə heç bir şans verməyib - 3:0 (25:21, 25:23, 25:10).

Qeyd edək ki, 10 turdan sonra "Azərreyl" 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. "Abşeron"un 18, "Murov"un 17 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər