Azərbaycan yığması Bəhreyn komandasını məğlub edib

Azərbaycan yığması Bəhreyn komandasını məğlub edib
İdman 548
Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gəlib. BAKU.WS-in məlumatına görə, qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində hesabı meydan sahibləri açıblar. Görüşün 31-ci dəqiqəsində Abdulvahab A.Rahman fərqlənib.On dəqiqə sonra millimizin üzvü Rüfət Dadaşov hesabı bərabərləşdirib.Oyunun ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.Qarşılaşmanın 61-ci dəqiqəsində isə Azərbaycan millisi hesabda irəli çıxıb. Bu dəfə Təmkin Xəlilzadə fərqlənib.Beş dəqiqə sonra Ahmed Mubarak hesabı bərabərləşdirib. Matçın 70-ci dəqiqəsində Ramil Şeydayev komandamızın üçüncü topunu rəqib qapısından keçirib - 3:2. Qarşılaşma bu hesabla da başa çatıb.İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan millisi Uelsə uduzdu - YENİLƏNİB

Azərbaycan millisi Uelsə uduzdu - YENİLƏNİB

Yığmamız Qaret Beylin qolu ilə qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. ***Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kardiff şəhər s...

1064 İdman 00:35 07 sentyabr 2019

Son xəbərlər