Azərbaycan yığması bədii gimnastika üzrə gənclər arasında dünya çempionatında daha bir bürünc medal qazanıb

Azərbaycan yığması bədii gimnastika üzrə gənclər arasında dünya çempionatında daha bir bürünc medal qazanıb
İdman 28

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 iplə hərəkətlərin icrasında bürünc medala layiq görülüb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Xatırladaq ki, qrup komandamız dünən çoxnövçülük proqramında bürünc medal qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər