Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub
İdman 247

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.

Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) Azərbaycan yığmasının qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.

***23:08

Azərbaycan - Belarus matçında hesab açılıb.

Pavel Zabelin 59-cu dəqiqədə Belarus millisini önə çıxarıb - 1:0.

 Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.

***22:02

Futbol üzrə Azərbaycan millisi yoxlama oyununda Belarusla qarşılaşır.

Görüş Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

Matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.

***21:20

Yoxlama oyununda qarşılaşacaq Azərbaycan və Belarus millilərinin start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək matç saat 21:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: Rza Cəfərov, Bəhlul Mustafazadə (k), Ozan Can Kökçü, Mahir Emreli, Zamiq Əliyev, Toral Bayramov, Səbuhi Abdullazadə, Nəriman Axundzadə, Mert Çelik, Xəyal Əliyev, Şahin Şahniyarov

Belarus: Fyodor Lapouxov, Kirill Peçenin, Pavel Zabelin, Aleksey Qavriloviç, Sergey Politeviç (k), Maks Ebonq, Valeri Qromko, Yevgeni Yablonski, Vitali Lisakoviç, Yuri Kovalev, Trofim Melniçenko

Oxşar xəbərlər

Son xəbərlər