Azərbaycan - Uels oyununun biletləri satışa çıxarılıb

Azərbaycan - Uels oyununun biletləri satışa çıxarılıb
İdman 553
Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsindəki son ev oyununun biletləri satışa çıxarılıb.BAKU.WS xəbər verir ki, bilet satışına noyabrın 16-da keçiriləcək Uels yığması ilə görüşdən 15 gün öncə start verilib.“Bakcell Arena”da keçirəcək oyunu izləmək istəyən azarkeşlər biletləri 11 satış məntəqəsindən əldə edə bilərlər. Bilet satışı ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt, 28 Mall, Gənclik Mall, Heydər Əliyev Sarayı, həmçinin Hökümət evinin arxası, Azərbaycan kinoteatrının yaxınlığı və “Kontinental”dakı köşklərdə təşkil olunub.Biletlərin qiyməti kateqoriyasından asılı olaraq 2-5 manatdır. Oyunu VİP yerlərdən izləmək istəyənlər isə 20 manat ödəməlidir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan - Malta oyununun biletləri satışa çıxarılıb

Azərbaycan - Malta oyununun biletləri satışa çıxarılıb

Azərbaycan millisinin UEFA Millətlər Liqasının IV turunda Malta yığması ilə ev oyunu üçün biletləri satışa çıxarılıb.Azarkeşlər oktyabrın 14-də Bakı Olimpiya St...

1222 İdman 17:06 29 sentyabr 2018

Son xəbərlər