Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb
26
avq
2026
10:24
Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, , ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində "Hapoel"i (Beer-Şeva, İsrail) 5:2 hesabı ilə məğlub edən "Sabah" ölkənin əmsalını artırıb.
Azərbaycan 23.687 əmsalla 25-ci pilləyə yüksəlib. Ölkə bununla da 22.843 əmsala malik Sloveniyanı geridə qoyub.
24-cü pillədə isə İsrail (23.750) qərarlaşıb.
Xatırladaq ki, hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir.
Oxşar xəbərlər
AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün Belçika ilə qarşılaşacaq. BAKU.WS-in məluamtına g...