Azərbaycan UEFA reytinqində Serbiyaya yaxınlaşıb
06
noy
2025
09:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan UEFA reytinqində Serbiyaya yaxınlaşıb.
BAKU.WS xəbər verir ki, buna "Qarabağ" klubunun Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İngiltərənin "Çelsi" komandası ilə 2:2 hesablı bərabərliyi səbəb olub.
Bu nəticədən sonra Azərbaycanın ümumi xal göstəricisi 22.250-ə yüksəlib və ölkəmiz reytinq cədvəlində 25-ci pillədə qərarlaşıb. Serbiya 22.375 əmsalla 24-cü, Sloveniya isə 21.718 xalla 26-cı sırada yer alır.
Qeyd edək ki, siyahıya 100.227 xalla İngiltərə başçılıq edir.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...