Azərbaycan Tokio olimpiadasına daha bir lisenziya qazandı
12
iyn
2021
14:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan yığmasının ağırlıqqaldıranı Əliş Nəzərov Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, lisenziya xalı verən 6 beynəlxalq yarışda göstərdiyi yüksək nəticələrə əsasən bu uğura nail olub.
Nəzərov “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. O, eyni zamanda bu idman növü üzrə ən gənc beynəlxalq dərəcəli hakimdir.
Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçirilməlidir.
Oxşar xəbərlər
Azərbaycan boksçusu Tokio-2020-yə lisenziya qazandı
Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, bu uğura boksçu Cavid Çələbiyev im...