Azərbaycan Qran-prisi qəzaya görə üçüncü dəfə dayandı
Yeniliklərdən dərhal xəbərdar olun
"Formula 1" üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Mclaren" komandasının pilotu Daniel Rikkardo sıralama turunda uğursuzluqla üzləşib. O, təhlükəsizlik maneəsinə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və yarış üçüncü dəfə müvəqqəti dayanmalı olub.
Qeyd edək ki, bundan öncə "Alfa Romeo" pilotu Antonio Covinatsi sıralama turunda qəza törətmişdi. O, bolidin idarəetməsini itirib. Nəticədə qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti dayanmalı olmuşdu.
Covinatsi həmkarı Stroll kimi yarışa davam edə bilməyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.
Oxşar xəbərlər
Bu gün Azərbaycan Qran-prisi başlayır
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, sayca beşinci dəfə təşkil olunacaq yarışın birinci...