Millimiz 2021-ci ili sülhlə başa vurdu - VİDEO/YENİLƏNİB

Millimiz 2021-ci ili sülhlə başa vurdu - VİDEO/YENİLƏNİB
Video
İdman 111

Azərbaycan və Qətər futbol yığmaları arasında görüş başa çatıb.

BAKU.WS xəbər verir ki, Emin Mahmudovun dublu ilə ikinci hissədə millimiz hesabda üstün olsa da bu üstünlüyü sonadək qoruya bilməyib. Qətərin də ikinci qolunu dublla Almez Əli vurub. Matç elə bu hesabla da başa çatıb.

Bununla da Azərbaycanın futbol üzrə milli yığması məğlubiyyət seriyasına son verərək cari mövsümü sülh ilə başa vurub.

***

22.10

Bakıda beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələn Azərbaycan və Qətər yığmaları arasında görüşün ilk hissəsi başa çatıb.

Matçda iki qol vurulub - 1:1.

Oyunda əvvəlcə Qətər hesabı açıb. Almez 23-cü dəqiqədə fərqlənib. Millimizin cavab qolunu isə Emin Mahmudov penaltidən fərqlənib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər