Millimiz Qətər yığmasına məğlub oldu

Millimiz Qətər yığmasına məğlub oldu
İdman 440

Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Qətər yığması ilə üz-üzə gəlib.

Bu, millinin 2021-ci ildəki ilk yoldaşlıq görüşü olub. Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionundakı qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

14-ci dəqiqədə Asiya təmsilçisinin heyətidə Məhəmməd Vaad cərimə meydançasında Anatoli Nuriyevə qarşı kobud oynayıb. Slovakiyalı baş hakim İvan Krujlyak Qətərin qapısına penalti təyin edib. Ramil Şeydayev 16-cı dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Beləliklə, komanda 6 görüşdən sonra qol vurmağa müvəffəq olub.

Yığmanın heyətində Şəhriyar Əliyev rəqibə qarşı kobudluq etdiyi üçün 30-cu sarı vərəqə ilə cəzalandırılıb. 60-cı dəqiqədə ikinci hissədə meydana daxil olan Namiq Ələsgərov sarı vərəqə görüb. 85-ci dəqiqə isə Vüqar Mustafayev sarı vərəqə alan futbolçu olub.

54-cü dəqiqədə referi Sertan Taşqının rəqibi itələdiyini əsas gətirərək gözlənilmədən 11 metrlik nöqtəni göstərib. Al Haydos penaltidən hesabı bərabərləşdirib. Hücumçu 3 dəqiqə sonra uzaq məsafədən baxımlı qola imza ataraq komandasını önə keçirib.

Görüş millinin iki üzvü üçün əlamətdar olub. "Qarabağ"ın qapıçısı Emil Balayev komandanı ilk dəfə kapitan kimi meydana çıxarıb. "Zirə"nin futbolçusu Sertan Taşqın isə yığmada debüt edib.

Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı A qrupunda Serbiya Portuqaliyanı, İrlandiya Lüksemburqu qəbul edəcək. Qətər yığmasını A qrupuna UEFA daxil edib. Asiya çempionu ilə oyunlar hazırlıq xarakteri daşıyır.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib. Canni De Byazinin rəhbərlik etdiyi komanda növbəti matçını martın 30-da Bakı Serbiya yığmasına qarşı keçirəcək.

Son xəbərlər