Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Fransanın paytaxtı Parisdə keçirilən Qran-pridə gümüş medal qazanıb.
BAKU.WS Milli Paralimpiya Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 58 kq-da çıxış edən idmançı yalnız finalda uduzaraq, ikinci yerlə kifayətlənib.
Millinin digər üzvləri İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) isə turniri bürünc medalla başa vurublar.
Beləliklə, Qran-Pridə nəticə qazanmış idmançılar öz aktivlərinə əlavə reytinq xalları yazdıraraq, 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını artırıblar.
Oxşar xəbərlər
Azərbaycanın İslamiadadakı medallarının sayı 72-yə çatıb
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 72-yə yüksəlib. BAKU.WS...