Azərbaycan millisinin futbolçusu əməliyyat olunub
10
dek
2022
14:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin və “Sabah” klubunun futbolçusu Namik Ələskərov əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, paytaxt təmsilçisindən Report-a verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki yırtığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.
Həkimlərin rəyinə əsasən, Ələskərov təxminən bir ay sonra komanda ilə məşqlərə qoşula biləcək.
Oxşar xəbərlər
Namik Ələskərov Türkiyə klubunda ilk qolunu vurdu - VİDEO
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu 1-ci liqada növbəti oyununu keçirib. BAKU.WS "Report"a istinadən xə...