Azərbaycan millisi 2 gündən bir oyun keçirə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Millətlər Liqasının təqvimində dəyişiklik edə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qitə futbol qurumu beynəlxalq pəncərədə milli komandaların oyun sayını artırmağı düşünür.
UEFA təqvimdəki sıxlığı nəzərə alaraq 6 gün ərzində 2 deyil, 3 oyun keçirilməsini planlaşdırır. Qurum Millətlər Liqasında cari mövsümü itirməmək üçün bu variantda əl atmaq niyyətindədir.
Amma yeni ideyanın gerçəkləşib-gerçəkləşməyəcəyi sual altındadır. Çünki futbolçuların milli forma ilə 2 gündən bir oyun keçirmək istəyib-istəməyəcəkləri hələ bilinmir.
Qeyd edək ki, bu mövsüm Millətlər Liqasının C liqasında mübarizə aparmalı olan Azərbaycan yığması Lüksemburq, Kipr və Monteneqro ilə birlikdə I qrupda yer alıb.
Oxşar xəbərlər
Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlandı - CƏDVƏL
UEFA Millətlər Liqasının təqvimi açıqlanıb. BAKU.WS apasport.az-a istinadla xəbər verir ki, Azərbaycan milli komandasının oyunlarının da vaxtı müəyyənləşib. C l...