Azərbaycan Kuboku: Veteran ağırlıqqaldıranların yarışında qaliblər müəyyənləşiblər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında veteranlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, yarışda müxtəlif yaş qrupu və çəki dərəcələrində 15 atlet qüvvəsini sınayıb. Maraqlı mübarizə şəraitində keçən ölkə kubokunda qaliblər Sinkleyr cədvəli ilə müəyyən edilib.
Zəfər Tağıyev toplam 228 kq (100+128) nəticə və 363.294 xalla qızıl, Vaqif Müsadiq toplam 162 kq (72+90) nəticə və 361.993 xalla gümüş, Səddar Quliyev isə toplam 148 kq (63+85) nəticə və 357.304 xalla bürünc medal qazanıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın İslamiadadakı medallarının sayı 72-yə çatıb
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 72-yə yüksəlib. BAKU.WS...