Azərbaycan Kuboku: I təsnifat mərhələsində daha dörd oyun baş tutub
13
okt
2024
17:43
Futbol üzrə Azərbaycan Kubokunun I təsnifat mərhələsində bu gün daha dörd oyun baş tutub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Şimal" komandası doğma meydanda "Qusar"ı 4:1 hesabı ilə məğlub edib.
"Lerik" evdə "Ağdaş"a 0:4 hesabı ilə uduzub. "Sheki City" - "Şəmkir" görüşündə qonaqlar üstün olub - 1:0. "Hypers Guba" isə "Göygöl"ü səfərdə 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, I təsnifat mərhələsinin dünən keçirilən görüşlərində "Şahdağ Qusar" evdə "Kür-Araz"dan 3:1, "Şəfa" isə "Saatlı-Araz"dan 2:0 hesabı ilə üstün olub.
Oxşar xəbərlər
Azərbaycanda bu federasiyada qazaxıstanlı idman direktoru təyin olundu
Azərbaycan Velosiped İdmanı Federasiyasında idman direktoru vəzifəsinə qazaxıstanlı Vladimir Buşanski təyinat alıb. Bu barədə qurumdan məlumat verilib. İcraiyy...