Sabirabadda qadın piyadanı avtomobil vurub öldürdü
29
sen
2026
09:03
Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Sabirabad şəhər sakini, 1980-ci il təvəllüdlü Məmmədov Samir Alməmməd oğlu idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada - Sabirabad rayonunun Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynova Püstəxanım Bahadur qızını vurub.
Ağır xəsarətlər alan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü - TƏFƏRRÜAT
Bərdə rayonunda restoranda dava olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib. Restoranda müğə...