Azərbaycan konkurçusu Patrik Makenti Belçikadakı turnirdə 2-ci yeri tutub

Azərbaycan konkurçusu Patrik Makenti Belçikadakı turnirdə 2-ci yeri tutub
İdman 27

Azərbaycan konkurçusu Patrik Makenti Belçikanın Lier şəhərində keçirilən turnirdə ikinci yeri tutub.

Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) məlumat verilib.

O, hündürlüyü 135 santimetr olan maneələrin dəf edilməsində 39 idmançı arasında 59,90 saniyə nəticə və 0 cərimə balı ilə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Patrik Makenti 6-8 yaşlı atların 130 santimetr hündürlüklü maneələri dəf etmə yarışında isə 28 iştirakçı arasında marşrutu cərimə balı olmadan 69,16 saniyəyə qət edərək 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, idmançını sentyabrın 16-20-də Belçikanın Lanaken şəhərində təşkil olunacaq gənc atlar arasında konkur üzrə dünya çempionatı gözləyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər