Azərbaycan komandası Bakıdakı Dünya Kubokunda gümüş medal qazanıb
23
apr
2022
19:19
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, tərkibi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda çoxnövçülükdə 63.650 xal toplayaraq ikinci olub.
Gimnastlar üç lent və iki topla hərəkətlərdə 30.600 xala layiq görülüb. Yığma ötən gün 5 halqa ilə 33.050 xal əldə etmişdi.
İtaliya (64.600) seçməsi qızıl, İsrail komandası isə bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
Azərbaycan güləşçilərinin qazandıqları medal sayı məlum olub
Azərbaycan güləşçilərinin 2021-ci ildə beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb. Federasiyanın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumat...