Azərbaycan klubu çempionatdan kənarlaşdırıldı
20
dek
2024
15:39
AFFA İntizam Komitəsi "Karvan"ı çempionatdan kənarlaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar verilib.
AFFA U-10 Liqasında keçirilməli olan "Karvan" - "Laçın" oyunu Yevlax təmsilçisinin təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb.
Bu səbəbdən "Karvan"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə komanda çempionatdan kənarlaşdırılıb.
Qeyd edək ki, AFFA 10 kluba isə texniki məğlubiyyət verib.
Oxşar xəbərlər
AFFA-dan YENİLİK: Böyük hesabla uduzan komandalar meydana əlavə oyunçu daxil edə biləcəklər
AFFA-nın təşkil etdiyi liqalarda yeniliklər tətbiq olunacaq. BAKU.WS xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, 2025/2026 mövsümü başlamazdan...