Azərbaycan klubu bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb
Yeniliklərdən dərhal xəbərdar olun
2025/2026 mövsümündən etibarən Azərbaycan II Liqasında iştirak etmək hüququ qazanan "Şirvan" komandası bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb.
BAKU.WS klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, komandada yer alan hər kəs hazırkı tarixdən etibarən sərbəst hesab edilib.
Ötən mövsüm bölgə təmsilçisinin heyətində çıxış etmiş bir neçə futbolçu ilə danışıqların aparılacağı və yeni təkliflərin irəli sürüləcəyi bildirilib.
Qeyd edək ki, "Şirvan" Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off matçında "Lerik"ə 3:2 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...