Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq
15
fev
2022
22:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.
BAKU.WS Milli Paralimpiya Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.
O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.
Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.
Oxşar xəbərlər
Bu gün XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Pekin Milli Stadionunda təş...