Azərbaycan idmançılarının yeni reytinq cədvəli: Hidayət Heydərov ikinci pillədə qərarlaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ilk pillədə yer alıb.
Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 450 xalla ikinci, Paris-2024-ün digər qalibi, cüdoçu Zelim Kotsoyev (350 xal) isə üçüncüdür.
İlk "10-luq"da qadın atlet Anna Skidan (315 xal), cüdoçu Elcan Hacıyev (300 xal), idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Balabəy Ağayev (280 xal), bədii gimnast Zöhrə Ağamirova (225 xal), cüdoçular Yaşar Nəcəfov və Zelim Tçkayev (hər ikisi 200 xal) yer alıblar.
Oxşar xəbərlər
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Azərbaycanı təmsil edən İmran və İbrahim Novruzi qardaşları Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Mental Arifmetika Olimpiadasında uğur qazanıblar....