Azərbaycan idmançısı Rusiyada keçirilən atçılıq yarışlarında 2 medal qazanıb
09
dek
2023
14:25
Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada keçirilən atçılığın dresaj növündə 2 medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Moskvada “Maksima Masters Avrasiya Kuboku”nun finalı və “Maksima Masters Avrasiya Ulduzları” mərhələ yarışları təşkil olunub.
A.Əlibəyov ilk gündə “Prix Saint George” kateqoriyasında gümüş, ikinci gündə isə “Intermediate 1” kateqoriyasında qızıl medal əldə edib.
Oxşar xəbərlər
Azərbaycan İslam Həmrəyliyi Oyunlarını 99 medalla başa vurub
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbaycan yarışı 99 medalla bitirib və...