Azərbaycan idmançıları 2019-cu ildə 775 medal qazanıblar

Azərbaycan idmançıları 2019-cu ildə 271 qızıl, 238 gümüş, 141 bürünc medal qazanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin hesabatında bildirilir.
Olimpiya idman növlərində 90 qızıl, 96 gümüş 141 bürünc medal əldə edilib. Qeyri-olimpiya idman növlərində isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal qazanılıb.
İdmançılar Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında 5 qızıl, 10 gümüş, 13 bürünc, ümumilikdə, 28 medal, İtaliyanın Neapol şəhərində XXX Ümümdünya Universiadasında 2 qızıl, 3 gümüş, 2 bürünc, ümumilikdə, 7 medal əldə ediblər.
Bakıda təşkil olunan Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası ilk dəfə medal sıralamasında 4-cü olub. İdmançılar 10 qızıl, 7 gümüş, 6 bürünc olmaqla, umumilikdə, 23 medal qazanıblar.
Oxşar xəbərlər
Boksçumuz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında medal qazandı
Azərbaycan boksçusu Nurlan Səfərov (60 kq) Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.BAKU....
