Azərbaycan güləşçisi: Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım
Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım.
Bunu “Report”un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransa paytaxtında keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
Azərbaycan yığmasının üzvü üçüncü yer uğrunda görüşdə qələbə qazandığı üçün sevincli olduğunu söyləyib:
"Məni dəstəkləyən və qələbəmə sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Bürünc medal qazandığım üçün xoşbəxtəm.
Amma təbii ki, qızıl medalın sevinci bir başqa olardı. Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım. Sanki güləşçilərimizin üzərində qara buludlar var idi, medal qazana bilmirdilər. İnşallah, digər güləşçilərimiz uğurun davamını gətirəcəklər".
Qeyd edək ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılova 8:0 hesabı ilə qalib gəlib. Bununla da o, Azərbaycanın güləş yığmasının aktivinə ilk medalı yazdırıb.
Oxşar xəbərlər
Azərbaycan Güləş Federasiyasının rəsmisi: Hər iki komandadan gözləntilər böyük idi - MÜSAHİBƏ
Aprelin 5-7-si aralığında Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Azərbaycanın 5 sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qaz...