Azərbaycan güləşçisi dünya çempionu oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, seriyanın sonuncu mərhələsində Azərbaycan millisinin üzvü fəxri kürsüyə qalxıb.
İbrahim Yusubov (90 kq) qızıl, Ramiz Həsənovla (70 kq) Fərid Cabbarov (90 kq) isə gümüş medal qazanıb.
Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kq-da ən çox xal toplayan güləşçi kimi dünya çempionu ünvanına sahib çıxıb.
Ramiz Həsənov (70 kq) və Omid Kamaliaqdam (80 kq) isə öz çəkilərində gümüş medal qazanıblar.
Oxşar xəbərlər
Oyan Nəzəriani və İbrahim Yusubov dünya ikincisi oldu - FOTO
Sentyabrın 25-26-da Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. BAKU.WS Azərbaycan Güləş Federasiyasına is...