Azərbaycan güləşçiləri Kiyevdən altı medalla qayıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada güləş üzrə Kiyev turniri başa çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışın ikinci günündə 8 güləşçimiz mübarizəyə qoşulub. Sərbəst güləş yığması Bakıya 2 qızıl, 1 gümüş və 2 bürünc, qadınlardan ibarət milli komanda isə 1 bürünc medalla qayıdır.
Sonuncu yarış günündə sərbəst güləşçilərdən Əhmədnəbi Qvarzatilov (61 kq) yerli pəhləvan Andrey Celepi 7:2 hesabı ilə yenərək, qızıl medala sahib olub. Əvəzində həlledici qarşılaşmada özbəkistanlı İlyas Bekbulatova 0:5 hesabı ilə uduzan Cəbrayıl Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə moldovalı Samhan Cəbrayılovu 8:4 hesabı ilə məğlub edən Vahid Qalayev qazanıb.
Qeyd edək ki, ötən gün 65 kq çəki dərəcəsində iki sərbəst güləşçidən Əli Rəhimzadə qızıl, Turan Bayramov bürünc medala yiyələnib. Qadın güləşində yeganə bürünc medala isə Türkan Nəsirova (50 kq) sahib olub.
Oxşar xəbərlər
Qran-pri: Sərbəst güləşçilərimiz 5 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisində 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si gümü...