Azərbaycan gimnastları Portuqaliyada 8 medal qazanıb - FOTO

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq yarışda 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
BAKU.WS Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tamblinq üzrə yarışan idmançılarımızdan Adil Hacızadə və Aleksey Karataşov qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb. Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında da qızıl medala yiyələnib.
Batut və ikili mini-batut gimnastikası üzrə Hüseyn Abbasov (2) və Ammar Baxşalıyev qızıl, Nicat Mirzəyev isə bürünc medal qazanıb.
Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-dən 13-dək keçirilib.
Qalereya
Oxşar xəbərlər
Avropa çempionatında qızıl medal qazanan gimnastlarımız Vətənə dönüblər - FOTO
Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan yığmasının...
