Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar
22
mar
2024
14:04
Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq Dünya Kubokunda mübarizə aparacaq.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu gün startı veriləcək mötəbər yarışda 4 idmançımız qüvvəsini sınayacaq.
Baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva və Dilarə Qurbanova çıxış edəcəklər.
Martın 24-dək davam edəcək Dünya Kubokunda beynəlxalq dərəcəli hakim Lalə Hüseynova Azərbaycanı hakim kimi təmsil edəcək.
Oxşar xəbərlər
Azərbaycanın gimnastika millisi Portuqaliyadakı turnirə qatılacaq
Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq “12-ci Kantanhede beynəlxalq açıq yarışı”na qatılacaq. BAKU.WS...