Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar
15
apr
2024
10:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.
Bu barədə BAKU.WS-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Bildirilib ki, Zəhra böyüklər, Şəms isə gənclər arasında bu nailiyyətə imza atıb.
Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə, Zəhra Cəfərova isə çoxnövçülük və topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Oxşar xəbərlər
Azərbaycanın bədii gimnastları Estoniyada qızıl medallar qazanıblar - FOTO
Azərbaycanın bədii gimnastları Estoniyada keçirilən “Tallinn Open” beynəlxalq turnirində uğurlu çıxış ediblər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xi...