Azərbaycanın bədii gimnastları Estoniyada qızıl medallar qazanıblar - FOTO
Azərbaycanın bədii gimnastları Estoniyada keçirilən “Tallinn Open” beynəlxalq turnirində uğurlu çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, böyüklər üzrə qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 topla çıxışlarında iki qızıl medal qazanıblar.
Fərdi çıxışda millinin üzvləri İlahə Bahadirova qızıl (top), Gövhər İbrahimova qızıl (gürzlər) və gümüş (halqa), Şəms Ağahüseynova isə gümüş (lent) medala layiq görülüblər.
Qalereya
Oxşar xəbərlər
MOK: “Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast olub”
“Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast olub”. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) t...