Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Karate Federasiyasının (AFK) tərkibindəki Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirə 600-dən çox uşaq, yeniyetmə və gənc idmançı qatılıb.
Seminara 60-dan çox məşqçi və müəllimlər də cəlb olunub.
Gəncə, Lənkəran, Yevlax və digər bölgələrin idmançıları da burada iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi ilə karatenin kyokuşin şinkyokuşin, şorinciryu kenkokan və aşihara növləri üzrə seminar start götürüb.
Sonda bütün iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Koşiki Karate-do Federasiyasının prezidenti Rafael Bünyatov, fəxri prezidenti isə Adnan Əhmədzadədir.
Qalereya
Oxşar xəbərlər
Karateçilərimizdən Okinavada böyük uğur: Beş qızıl, bir gümüş medal qazandılar - FOTO
Azərbaycan karateçiləri Okinavada keçirilən beynəlxalq yarışlarda KATA və Kumite üzrə beş qızıl və bir gümüş medal qazanıblar. Bu barədə Azərbaycan Koşiki Karat...