Azərbaycan əsilli güləşçi Zelenski ilə görüşdü – FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna prezidenti Vladimir Zelenski Tokio Olimpiadasında çıxış etmiş ölkənin Olimpiya yığmasını qəbul edib. Qəbulda yunan-roma güləşü üzrə 67 kq çəki dərəcəsində Olimpiadanın gümüş medalını qazanan 23 yaşlı həmyerlimiz Pərviz Nəsibov da iştirak edib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan əsilli idmançı özünün “Instagram” səhifəsində məlumat verib.
O, səmimi görüşə və çəkdikləri zəhmətə qarşılıq verilən dəyərə görə dövlət başçısına minnətdarlığını bildirib. Prezidentlə şəxsi tanışlığını özü üçün şərəf saydığını vurğulayan Pərviz, Zelenskinin iştirakı ilə Ukraynanın işıqlı gələcəyinin və çiçəklənməsinin təmin olunduğuna inandığını qeyd edib.
Oxşar xəbərlər
Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazanıb
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb. BAKU.WS xəbər verir ki, olimpiada proqramına ilk dəfə salınan karate növünd...