Azərbaycan cüdoçusu Parisdə qızıl medal qazanıb
Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə 2 medal qazanıblar.
BAKU.WS xəbər verir ki, kişilər arasında 66 kiloqram çəki dərəcəsində Ruslan Paşayev finalda Fransa təmsilçisi Daikii Boubanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Rəşad Yelkiyev 5-ci yerlə kifayətlənib.
73 kiloqram çəki dərəcəsində isə Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə portuqaliyalı Otari Kvantidzeyə qalib gələrək bürünc medal əldə edib.
Qeyd edək ki, Azərbaycan fevralın 2-dək davam edəcək yarışda 10 cüdoçu ilə təmsil olunur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
Azərbaycan gimnastları 2027-ci il iyunun 16–27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına artıq bir neçə növdə iştirak hüququ əldə ediblə...